|
Müəllimlər İnstitutunun Cəlilabad filialında rüşvət yığılıb?

CİA.Az redaksiyasına daxil olan məlumatda bildirilir ki, Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad rayon filialında qış sessiya imtahanları zamanı rüşvət yığılıb.

Redaksiya olaraq daxil olan məlumatın dəqiqləşdirilməsi ilə bağlı araşdırmalardan məlum oldu ki, məlumatı daxil edən tərəf anonim imzadan isitadə edib. Filialın direktoru ilə əlaqə yaradıb ondan məlumat almaq istəsək də, bu mümkün olmadı, digər irəli sürülən iddiaları dəqiqləşdirə bilmədik.

Qış sessiya imtahanlarının gedişi zamanı tələbələrdən hər imtahana görə 30-40 manat, hətta 50 manat pul yığılmasının nə dərəcədə doğru olub-olmamasına dair ətraflı məlumat verə bilmədik. Bu amili oxucularımızın nəzərə almasını xahiş edirik.

CİA.Az