Türkiyə Baş Qərargah rəisi Hulusi Akarın İrana səfəri zamanı iki ölkə rəsmiləri regional məsələləri müzakirə edəcəklər.
Trend-in məlumatına görə, eləcə də, Suriya böhranının və İraq Kürd Muxtariyyətinin müstəqilliyi barədə referendum məsələlərinin də müzakirə olunacağı gözlənilir.
Məlumata görə, H.Akar artıq Tehrana səfərə gəlib.
Qeyd edək ki, oktyabrın 4-də isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri gözlənilir.
Türkiyə prezidentinin İran lideri Həsən Ruhanı ilə görüşü zamanı ikitərəfli münasibətlərin müzakirə olunacağı gözlənilir.
