|
ABŞ-da hərbi təyyarə qəzaya düşdü - 2 ölü

ABŞ-ın Tennesi ştatında T-45 hərbi təyyarəsi qəzaya uğrayıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Fox News” məlumat verib.

 

Hadisə nəticəsində təyyarədə olan 2 hərbçi ölüb. ABŞ Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi faktı təsdiqləyib.

 

Qəzanın səbəbləri hələ ki, məlum deyil.