|
Marseldəki hücuma görə məsuliyyəti üzərinə İŞİD götürüb

İŞİD terror qruplaşması Fransanın Marsel şəhərindəki dəmiryolu vağzalında iki qadının ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti üzərinə götürüb. Bu barədə Trend xarici KİV-lərə istinadən xəbər verir.

Xatırladaq ki, dünən bıcaqla silahlanan şəxs Marsel şəhərində insanlara hücum edib, nəticədə 2 qadın dünyasını dəyişib. Hücum edən şəxs güllələnib