|
Yolu keçmək istəyən piyadanı maşın vurdu

Gəncədə avtomobil piyadanı vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib.

 

Yolu keçmək istəyən şəhər sakini, 1986-ci il təvəllüdlü Səfərov Şakir Osman oğlunu avtomobil  vurub. Sürücü vurduğu piyadanı xəstəxanaya aparıb. Ş.Səfərovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.