|
Goranboyda maşın piyadanı vurdu

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayon sakini Maşallah Əliyev “VAZ 2106” markalı avtomobil tərəfindən vurulub.

Piyada xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.