|
Deyr-əz-Zorda koalisiyanın hava zərbələri nəticəsində 12 nəfər həlak olub

BŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Deyr-əz-Zor əyalətinə hava zərbələri endirib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində 12 dinc sakin həlak olub.

Məlumata əsasən, 5 nəfər Abu-Kamal şəhərində, 7 nəfər isə əyalətin şərqində olan Bukrus Fukanidə həlak olub. Həlak olanların əksəriyyəti qadın və uşaq olduğu bildirilir.