|
"Fi" serialının yayımlanacaq vaxt bəlli oldu

Türkiyəli aktyor Ozan Güven və Serenay Sarıkayanın baş rollarını paylaşdığı “Fi” serialının yeni mövsümdə yayımlanacağı vaxt bəlli olub.
Ekran işi oktyabrın 6-da tamaşaçıların görüşünə gələcək.
Yeni mövsümdə serialın daha maraqlı olacağı bildirilir. Xatırladaq ki, ekran əsərində aktyorlar Berrak Tüzünataç, Büşra Develi və Mehmet Günsür də rol alıb.