|
Ermənilər Qarabağda hərbi təlimlər keçirir

Ermənistan ordusu Qarabağda ağır texnika və artilleriyanın iştirakı ilə xüsusi taktiki təlimlər keçirir.

Təlimlər "müdafiə əməliyyatında radioaktiv çirklənmədən və hava hücumundan müdafiə" mövzusu üzrə təşkil edilib.

Təlimlər sentyabrın 25-29-da hava hücumundan müdafiə hərbi hissələri və bölmələri cəlb olunmaqla həyata keçirilib.