|
Bakıda qadının avtomobilindən 1500 manat oğurlanıb

Bakıda avtomobildən oğurluq etmiş şəxs yaxalanıb. Cİa.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da Bakı şəhər sakini Nəzirə Hüseynovaya məxsus “KİA” markalı avtomobildən 1500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Cavid Əlizadə tutulub.

Araşdırma aparılır.