V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının Rusiya Federasiyasından olan iştirakçılarının - Rusiyanın “ASKİ” Naşirlər Assosiasiyasının təşəbbüsü ilə MDB ölkələrinin nəşriyyat evlərinin nümayəndələrinin toplantısı keçirilib.
“ASKİ”nin vitse-prezidenti Oleq Filimonov tədbirdə çıxış edərək MDB ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsi, gənc nəslin ədəbiyyata marağının artırılması, yazıçılığa başlayanların dəstəklənməsi və kitab naşirləri arasında təcrübə mübadiləsi baxımından bu cür toplantıların keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə postsovet məkanında Azərbaycan ədəbiyyatının təbliği, V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının ədəbiyyat aləminə töhfəsi və digər məsələlər müzakirə edilib.
Daha sonra “ASKİ” tərkibində fəaliyyət göstərən tatar və çuvaş kitab nəşriyyatlarının təqdimatı keçirilib. Tatarıstan və Çuvaşiya xalqlarının tarixinə, mədəniyyətinə, dininə, mətbəxinə, milli geyiminə, məişətinə, adət və ənənələrinə həsr olunan kitablar təqdim edilib.
Ekspozisiya böyük maraqla qarşılanıb
