“Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin (İB) “Canımız Qarabağ, yazımız Qarabağ” layihəsi çərçivəsində bir qrup yazıçı Biləsuvarda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüşüb.
Azərbaycan Yazıçılar Birliyinin müşaviri, layihənin rəhbəri, İB-nin sədri, yazıçı-dramaturq Elçin Hüseynbəyli AZƏRTAC-a bildirib ki, görüş çərçivəsində yazıçıların Qarabağ savaşı ilə bağlı yeni kitablarından və bu mövzuya həsr edilmiş film-disklərdən ibarət sərgisi açılıb. Sonda həmin kitablar rayon kitabxanasına təhvil verilib.
E.Hüseynbəyli bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında həyata keçirilir.
Bildirilib ki, layihə çərçivəsində yazıçıların oktyabrın əvvəllərində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri planlaşdırılır
