|
Ukraynada deputat qətlə yetirilib

Ukraynada deputat qətlə yetirilib.

Trend-in məlumatına görə, ötən gecə Çerkasıda Şəhər Şurasının deputatı Mixail Binusov güllələnib.

Ukrayna polisi Kalaşnikov avtomatından atəş açıldığını bildirib.

Faktla bağlı cinayət işi açılıb. Şübhəli şəxslərin axtarışı davam edir.