"Atletiko"nun futbolçusu Filipe Luis sıradan çıxıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 32 yaşlı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Çelsi"yə qarşı matçda zədələnib. Dizaltı vətərindən zədə alan 32 yaşlı oyunçunun bərpa müddəti barədə məlumat verilməyib.
Braziliya millisinin futbolçusunun Çili və Boliviya ilə matçları buraxacağı gözlənilir
