|
"Qarabağ"ın qapıçısı milliyə çağırıldı

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç növbəti dəfə Bosniya və Hersoqovina millisinə çağırılıb.
29 yaşlı qolkiper DÇ-2018-in seçmə mərhələsində Belçika və Estoniya ilə oyunlar üçün yığmaya dəvət olunub.
Qeyd edək ki, Bosniya və Herseqovina millisi Belçika ilə oktyabrın 7-də Sarayevoda, Estoniya ilə isə oktyabrın 10-da Tallində üz-üzə gələcək