Bu gün Topaz Premyer Liqanın 7-ci turuna start veriləcək.
Qol.az-ın məlumatına görə, ilk oyun günündə iki oyun keçiriləcək.
Turun açılış matçında "İnter" "Neftçi"ni qəbul edəcək. Bu mövsüm qələbəyə həsrət qalan "ağ-qaralar" ardıcıl son üç oyunda məğlub olur. Tərlan Əhmədovun komandası autsayderdən uzaqlaşmaq üçün səfər oyununda üç xal qazanmalıdır.
Günün digər matçındə isə "Qəbələ" autsayder "Kəpəz"i qəbul edəcək.
Qeyd edək ki, sabah "Səbail" "Sumqayıt"ı, oktybarın 1-də isə "Qarabağ" "Zirə"ni qəbul edəcək.
29 sentyabr (cümə)
Topaz Premyer Liqa, 7-ci tur
16:00.“İnter” – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Namiq Hüseynov, Əliyar Ağayev
“İnter Arena”
18:30. “Qəbələ” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
30 sentyabr (şənbə)
18:00.“Səbail” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Elvin Əsgərov
“Dalğa Arena”
1 oktyabr (bazar)
18:00.“Qarabağ” – “Zirə”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Mehman Mahmudov, Fariz Yusifov
Tofiq Bəhramov adına Respublika Stadionu
|
Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol, Vüsal İsgəndərli ("Zirə"), Riçard Qadze ("Zirə") – 3
