|
Kutsi ayrılığıa dözə bilmədi - foto

Müğənni Kutsi ilə model-müğənni sevgilisi Feyza Çıpa barışıblar. 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Feyza bir neçə gün əvvəl ayrıldıqlarını açıqlasa da, ötən gün Kutsi sosial şəbəkədə birlikdə çəkilmiş fotolarını paylaşaraq bunları yazıb:
 
“Çatlamış qayaların arasından çiçək yetişdirən Allah qırılmış xəyalların içindən nə gözəlliklər çıxarar... Məsələn, söykəndiyin çiyində qocalmaq...Xəyal qədər gözəl, gerçək qədər qalıcı...”. 

Xatırladaq ki, Kutsinin Feyzadan ayrıldığı ərəfədə keçmiş həyat yoldaşı, 2 qızının anası Sinem Bayraktutar da nişanını qaytarmışdı.