İstanbuldakı Madam Tüsso muzeyində müğənni Murad Bozun mum heykəli qoyulacaq.
Sənətçinin heykəlini qurmaq üçün 3 saat ərzində 250 fərqli pozdan ölçüsü götürülüb. Murad heykəlinin qoyulması ilə bağlı “Bu, mənim üçün böyük qürurdur. Səbirsizlənirəm” deyib.
Müğənninin aktrisa sevgilisi Aslı Enver isə məsələyə zarafatyana münasibət bildirib:
“Eşidəndə sevindi. Yaxşıdır ki, daha çox danışmayan bir Murad Boz olacaq”. 


