|
Terrorçular hərbi bazaya hücum edib:

"Əş-Şabab" terror qruplaşmasının silahlıları Somalidə hərbi bazaya hücum ediblər.

Trend-in məlumatına görə, hücum nəticəsində ən az 17 hərbçi həlak olub.

Terrorçuların məqsədi bazanı ələ keçirmək olub. Hücum zamanı odlu silahlardan və partlayıcı qurğulardan istifadə olunub.