|
Beyləqanda transformator yanıb

Beyləqanda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Beyləqan rayonunun Birinci Şahsevən kəndində transformatorun yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.