|
Azər Tağıyevlə bağlı prezidentə müraciət olunacaq

Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin istefa verməsi rəsmi olaraq təsdiqlənib.

Bu barədə cia.az-a sədri müavini Fərhad Nəcəfov məlumat verib.

O qeyd edib ki, sədrin istefaya göndərilməsilə bağlı məlumatlar həqiqəti əks etdirmir:

“Azər müəllim səhhətində yaranan problemlə bağlı şəxsən istefa ərizəsi yazıb. Buna kimsə tərəfindən məcbur edilməyib”.

F.Nəcəfov bildirib ki, sədr vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə olunub:

“Yeni sədr seçilənədək Azər Tağıyev bu səlahiyyəti mənə həvalə edilib”.

O bildirib ki, sabiq sədrə prezident təqaüdü verilməsi üçün ölkə rəhbərliyinə müraciət olunacaq:

“Hələlik Kollegiyaya gəlib-gedir”.