|
Malayziya vətəndaşlarına Şimali Koreyaya getməyi qadağan etdi

Malayziya hökuməti Koreya yarımadasında gərginliyin artması ilə əlaqədar ölkə vətəndaşlarına Şimali Koreyaya səfərləri qadağan edib.

Trend-in məlumatına görə, by haqda Malayziya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, qərar Koreya yarımadasında gərginliyin artması və raket sınaqları ilə bağlı qəbul edilib.