|
Qubaya qar yağdı -

Mövsümün ilk qarı Qubanın Xınalıq kəndinə yağıb.

Bu barədə cia.az-a Quba rayonunun icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov məlumat verib.

O qeyd edib ki, gecə intensiv yağan yağış qarla əvəzlənib:

“Hazırda temperatur aşağıdır. Qubada 1-2 santimetr, Xınalıqda 10 santimetrə qədər qar yağıb”.

Rayon rəsmisi rayonda elektrik, qaz problemi olmadığını, nəqliyat vasitələrinin hərəkətinin normal olduğunu bildirib.