Aktrisa Lindsey Lohan “L'Officiel” jurnalının üz qabığına çəkilib.
Dərgi üçün bir neçə obrazda kameralar qarşısına keçən 31 yaşlı Lindsey “CalvinKlein”, “Carmen March”, “Marni” və “Loewe” brendlərinin geyimlərində olub.
Adı həmişə qalmaqalda hallanan və açıq-saçıq geyimləri ilə gündəmə gələn Lohan bu dəfə daha fərqli imicdə görünüb. Çəkilişdən fotolarını sevənləri ilə paylaşan aktrisa bəyənilib.




