|
İsraildə hərbi təlim zamanı qəza olub:

İsrail hərbçiləri Hollan təpələrində hərbi təlim keçirən zaman zirehli texnikanın qəzaya uğraması nəticəsində iki hərbçi ölüb, 2-sinin vəziyyəti ağır olmaqla 4 əsgər yaralanıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu haqda TSAXAL-ın mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, ölən zabit və əsgər 411-ci taburda xidmət edirmiş.

Məlumata görə, hadisənin araşdırılması ilə bağlı komissiya yaradılıb. İsrail Müdafiə Ordusunun quru qoşunları komandanı general-mayor Kobi

Barak komissiyaya briqada generalı Mordehaem Kahanı sədr təyin edib. Hərbi təlim növbəti həftəyədək dayandırılıb