|
Nazir:

"Bu il Azərbaycandan xaricə gedənlərin sayında artım müşahidə olunub".

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu il 4 milyondan çox Azərbaycan vətəndaşı xaricə səfər edib. 

"Bu ilin 8 ayında ölkənin regionlarında 1 294 820 nəfər istirahət edib. Turistlər ölkədə 730 milyon 938 min manat xərcləyiblər. Bu rəqəm ötən ilki rəqəmlərlə müqayisədə 2 dəfə çoxdur”. 
Nazir bildirib ki, Azərbaycana gələn turistlər Azərbaycandan gedənlərdən çox pul xərcləyib. 
"Azərbaycandan xaricə gedən vətəndaşlar 600 milyon manat civarında pul xərcləyiblər. Bu o deməkdir ki, Azərbaycanın daxilində turizm munasibətləri musbət dinamika üzrə davam edir. Ölkənin turizm sənayesi artıq dövlət büdcəsinə böyük tövhə verir".

Cia.az