|
Ərəbistanda qadınlar ilk dəfə stadiona buraxıldı

Səudiyyə Ərəbistanında tarixdə ilk dəfə qadınları futbol stadionuna buraxıblar. 

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, qadınlar Ər-Riyaddakı Kral Fəhd adına stadionda təşkil olunan bayram mərasimində iştirak ediblər. 

Qeyd edək ki, bu ölkədə kişi və qadınların kinoteatrlar, stadionlar kimi kütləvi tədbirlərin keçirildiyi məkanlarda birgə iştirakı qadağandır