|
Türkiyənin müdafiə naziri sabah Bakıya gəlir

Sentyabrın 27-də Türkiyə Respublikasının milli müdafiə naziri Nurəddin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək. 
Müdafiə Nazirliyimdən cia.az-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında rəsmi görüşlərinin keçirilməsi, həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı nəzərdə tutulub.
Səfər sentyabrın 29-dək davam edəcək.