|
Minsk qrupunun yeni amerikalı həmsədri Azərbaycana səfərini səbirsizliklə gözləyir

ATƏT-in Minsk qrupunun yeni həmsədri Endryu Şefer yaxın həftələrdə regiona səfər edəcək.

Bu barədə Trend-ə E.Şefer məlumat verib.

O qeyd edib: "Yaxın həftələrdə həmkarlarımla - həmsədrlər İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) ilə birgə regiona səfərimi səbirsizliklə gözləyirəm".

Yeni həmsədr səfərlə bağlı təfərrüatları açıqlamayıb

Cia.az