|
Sakit okean və Fici sahilləri 6,4 bal gücündə "silkələndi"

Sakit okean sularında güclü zəlzə baş verib.

Trend-in məlumatına görə, zəlzələ Fici adası sahillərindən cənubda 6,4 bal gücündə qeydə alınıb.

ABŞ Qeoloji Xidmətinin verdiyi məlumata görə, zəlzələ saat 04.20-də, yerin 98,1 kilometr dərinliyində qeydə alınb.

Təlafat və dağıntılar barədə məlumat daxil olmayıb.