|
Bu işləri görən ev qadınları arıqlayır

İsveçrəli alimlər müəyyənləşdiriblər ki, evdar qadınların arıqlaması işgüzar qadınlara nisbətən daha asandır. Belə ki, bəzi ev işləri insanın daha çox kalori yandırmasına səbəb olur. 30 dəqiqəlik ev işlərinə qarşılıq olaraq yandırılan kalorinin miqdarı aşağıdakı kimidir: 

 

Toz almaq, yüksəkdə olan rəfləri təmizləmək – 50 kalori 
Paltar ütüləmək, yataq hazırlamaq – 70 kalori 
Yemək hazırlamaq – 80 kalori 
Yerləri süpürmək və ya silmək – 90 kalori 
Qab yumaq, otağı yığışdırmaq – 100 kalori
Pəncərələri silmək, maşın yumaq – 150 kalori 
Hamamı təmizləmək, torba daşımaq – 200 kalori 
Nərdivanları çıxmaq, evi boyamaq – 250 kalori