|
Güclü külək Masallıda yaşayış binasının dam örtüyünu uçurub

Masallıda güclü külək səbəbindən yaşayış binasının dam örtüyü uçub, bir neçə avtomobil əzilib. Cia.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, 50 nömrəli binada qeydə alınıb. Güclü külək və yağış səbəbindən binanın dam örtüyü uçub.

Nəticədə orada avtomaşınlarını park edən sakinlərə məxsus 5-6 avtomaşına ciddi ziyan dəyib.

 

Bir neçə kənddə enerji verilişində qısa fasilələr olub. Hazırda rayonda güclü küləyİn yaratdığı digər fəsadlar barədə məlumat yoxdur.

Cia.az