Oktyabrın 3-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində görkəmli heykəltəraş, Xalq Rəssamı, Dövlət mükafatı laureatı Tokay Məmmədovun sərgisi açılacaq.
Sərgi T.Məmmədovun 90 illik yubileyinə həsr ediləcək.
Xatırladaq ki, T.Məmmədov bu il “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. İyulun 17-də Nizami Kino Mərkəzində T.Məmmədovun anadan olmasının 90 illik yubileyi qeyd olunub.
Sərgi oktyabrın 7-dək davam edəcək
Cia.az
