|
Azərbaycan filmi beynəlxalq film festivalında

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Çölçü” filmi Kəlküttə beynəlxalq “Cult” filmləri festivalının “Golden Fox Awards” (“Qızıl tülkü”) mükafatının nominantı olaraq finala çıxıb.

Kinostudiyadan verilən məlumata görə, Hindistanın Kəlküttə şəhərində dekabrın 5-6-da keçiriləcək festivalın mükafatlandırma mərasiminə filmin rejissoru Şamil Əliyev dəvət alıb.

Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək 32 beynəlxalq kinofestivalda və forumda nümayiş olunub və müxtəlif mükafatlar qazanıb

Cia.az