|
“Əslində gülüb-əylənəndə içim qan ağlayırdı”

Müğənni Demet Akalın başında xoşxassəli şiş aşkarlanan 1 yaşlı qızı Hiranın səhhətindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi qızının müalicəsinə başlanıldığını deyib:

“Hiradakı şişin adı hemanjiomdur. Deyilənə görə, ağdərili uşaqların 80%-ində olur. Əvvəl çox balaca idi, sonra böyüməyə başladı. Qızım başlanğıcda çox ağlayırdı. Çətin günlər yaşadıq. Ancaq dərmanı tapılıb. İndi təhlükəli heç nə yoxdur. Əslində gülüb-əylənəndə içim qan ağlayırdı”. 

D.Akalın musiqiçilərindən biri ilə yollarını ayırmasının səbəbini də açıqlayıb: 

“Həmin adam mənə “Gördün, Allah sənə belə dərd verdi” deyə mesaj yazdı. Kefimi çox pozdu. Onu işdən çıxardım. Belə çətin anlarda dostu, düşməni seçə bilirsən. Məndən uzaq dursunlar”.