|
Suriyada Rusiya generalı həlak olub

Rusiya ordusunun general-leytenantı Valeri Asapov Suriyada həlak olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Rusiya Müdafiə Nazirliyi xəbər verib.

Məlumata görə, general İŞİD terrorçuları tərəfindən atəşə tutulması nəticəsində ölüb

Qeyd olunur ki, general-leytenant ölümündən sonra yüksək dövlət mükafatına təqdim olunub.