Bu gün qadın voleybolçular arasında Avro-2017-də növbəti oyunlar keçirilib.
Qol.az-ın məlumatına görə, Azərbaycan və Gürcüstanda təşkil olunan qitənin ən mötəbər yarışında yığmamız oyunlarını Bakıda keçirir.
A qrupunda yer alan millimiz ikinci turda Polşa ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, voleybolçularımız ilk turda Macarıstana eyni hesabla qalib gəlmişdi.
A qrupu
II tur
Azərbaycan – Polşa - 3:0 (25:14, 25:21, 25:23)
Hakimlər: Kseniya Yurkoviç (Xorvatiya), Yuray Mokri (Slovakiya)
