|
Xurma istehsalçıları üçün logistika mərkəzinin tikintisi yaxında başa çatacaq

Göyçay rayonunda xurma istehsalçıları üçün logistika mərkəzinin tikintisi yaxın zamanlarda başa çatacaq.

Bunu Trend-ə Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov deyib.

Onun sözlərinə görə, Göyçay rayonunda xurma emalı fabrikinin tikintisi də davam etdirilir.

O qeyd edib ki, logistika mərkəzinin tikintisinin bu ilin oktyabrın sonunadək başa çatması planlaşdırılır.

Cia.az