|
Azərbaycanda oğul ata və anasını qətlə yetirdi

Gədəbəy rayonunda dəhşətli qətl törədilib.

Cia.az saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbəır verir ki, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.