Zaqreb “Dinamo”sunun baş məşqçisi Mario Svitanoviç naməlum şəxslərin hücumuna məruz qalıb.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 42 yaşlı mütəxəssis üzü maskalı 2 nəfər tərəfindən evinin yaxınlığında döyülüb.
Xəstəxanaya yerləşdirilən Svitanoviçin çiyinlərinin qırıldığı məlum olub. Polis hazırda insidentlə bağlı araşdırmalara başlayıb
