Latın Amerikası ziyarəti çərçivəsində Kolumbiyada səfərdə olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədən Kubaya yollanıb.
ANS PRESS-in məlumatına görə, Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini aparan “TUR” təyyarəsi Bakı vaxtıyla saat 05.35-də Boqota beynəlxalq hava limanından Kubaya yola düşüb.
Qeyd edək ki, bu səfərdə Rəcəb Tayyib Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, qızı Sümeyyə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehdi Eker, mədəniyyət və turizm naziri Ömər Çelik və iqtisadiyyat naziri Nihat Zeybekçi müşayiət edir.
Kolumbiyada qondarma erməni “soyqırımı” iddialarından danışan Ərdoğanın Kubada da analoji fikirlərlə çıxış edəcəyi gözlənilir.
