|
Tunisdə ümumi tətillər keçirilir

Tunisin Liviya ilə sərhəd regionunda ümumi tətillər keçirilir. Ötən gündən başlayaraq, əsasən, Mədəyn vilayətində yüzlərlə mağaza, ticarət mərkəzi və idarələr fəaliyyətini dayandırıb. Buna səbəb isə, hökumətin Liviya ilə ticarət əlaqələrinə görə gömrük rüsumlarını bahalaşdırması olub.

İki gün öncə hökumətin qərarına qarşı keçirilən etiraz aksiyasında bir nəfər ölmüşdü. Hadisə polisə qarşı qəzəbləri yenidən alovlandırıb. Etirazçılar hökumətin aksiyalar zamanı fəallara qarşı amansızca davranan polis əməkdaşlarının məsuliiyyətə cəlb olunmasını tələb ediblər.

Tunisdə Liviya sərhəd regionlarda yaşayan insanlar, əsasən, qonşu ölkə ilə qaçaqmal ticarəti hesabına yaşayırlar.

Etiraz aksiyalarında səsləndirilən “Azadlıq, əmək və ləyaqət” şüarları 2011-ci ilin yanvar ayında keçirilən inqılabı xatırladır.