|
Pambıq yığımına aparılan tibb işçiləri - Səhiyyə Nazirliyindən qəza ilə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyi Biləsuvarda tibb işçilərinin xəsarət aldığı qəza ilə bağlı məlumat açıqlayıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, qəza zamanı 3 tibb işçisi xəsarət alıb:

“Onlar Biləsuvar Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər üçü xanımdır, hazırda vəziyyətləri stabildir. Yaxın günlərdə evə buraxılacaqlar”.

Tibb işçilərinin hansı səbəbdən pambıq yığımına aparıldığına gəlincə, “nazirlikdə bu barədə məlumat yoxdur”, -deyə bildiriblər.

Qeyd edək ki, sentyabrın 19-da Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının işçiləri pambıq yığımından qayıdarkən təcili yardım maşınında qəzaya uğrayıblar.