|
Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı

"Real" baş məşqçisi Zinəddin Zidanla yeni müqavilə imzalayıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə fransalı mütəxəssisin özü məlumat verib: "Müqavilənin müddətini artırmışıq. Ancaq bu, mənim üçün önəmli deyil".

"Real"ın yaxın günlərdə bu barədə açıqlama yayacağı gözlənilir.

Qeyd edək ki, Z.Zidanın Madrid təmsilçisi ilə müqaviləsi bu mövsümün sonu başa çatırdı