Azərbaycan Prezidenti İlham Əliyev bir qədər öncə BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində çıxış edib.
İlham Əliyev bildirib ki, Ermənistan 25 ildən çoxdur ki, Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır.
Azərbaycan Prezidenti Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı xatırladıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və onun işğal altında qalması yolverilməzdir.
İlham Əliyev bildirib ki, Ermənistanın işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Cia.az
