|
"Bozun 50 çaları"nın davamı da çəkiləcək

"Bozun 50 çaları" hələ bir neçə gündən sonra nümayiş olunsa da, artıq filmin növbəti hissələrinin çəkiləcəyi xəbəri yayılıb.

Axşam.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, filmin rejissoru Sem Teylor Conson ekran işinin davam edəcəyini təsdiqləyib.

Bunu ilk dəfə ssenarinin müəllifi E.L.Ceyms fanatlarla görüşdə deyib. O, qeyd edib ki, kitabın növbəti hissələri olan "Qaranlığın 50 çaları" və "Azadlığın 50 çaları" da filmə çevriləcək. Bu barədə "Universal" film şirkəti ilə müqavilə bağlanmasa da, ilk hissənin premyerasından sonra bunu dəqiqləşdirmək mümkün olacaq.

Qeyd edək ki, erotik dram janrında olan "Bozun 50 çaları" insanların marağına görə təxmini eyni mövzuda olan "Böyük şəhərdə seks" filmini üstələyib.