|
Bakıda qadının avtomobilinin altında qalan kişi öldü

Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxs vəfat edib.

Sentyabrın 13-də saat 14 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Ülviyyə Çələbiyeva idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Zərdab rayon  sakini Valeh Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 19-da orada ölüb.     

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Cia.az