|
Kanaldan meyiti tapılan qadın ruhi xəstə imiş - İNTİHAR

Qarabağ kanalında meyiti tapılan qadının kimliyi məlum olub. Qadın 1938-ci il təvəllüdlü Rəsulova Nərgiz Əli qızıdır.

N. Rəsulova Qoyunbinəsi kənd sakinidir. Onun ruhi xəstə olduğu bildirilir.

İlkin ehtimala görə, N. Rəsulova intihar edib.

 

**

11:07

Yevlaxda kanaldan qadın meyiti tapılıb.

Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Yuxarı Qarabağ Kanalının Yevlax rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb. L

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:30-da başa çatıb

Cia.az