|
"Arsenal"ın hücumçusu 3 həftə oynamayacaq

"Arsenal"ın zədəli futbolçusu Denni Uelbekin son durumu müəyyənləşib.

"Çelsi" ilə matçda sıradan çıxan 26 yaşlı hücumçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, D.Uelbek Liqa Kubokunun 3-cü mərhələsində "Donkaster"lə oyunu və Premyer Liqada "Vest Bromviç və "Brayton"la görüşləri buraxacaq

Cia.az