|
Nazarovun komandasından səfər qələbəsi

Almaniya ikinci Bundesliqasında yeddinci turun oyunları keçirilir. 

Qol.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geydiyi “Aue” səfərdə “Kayzerslautern”in qonağı olub. 

Nazarov görüşü əvəzolunmadan keçirib. Matç “Aue”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bu qələbə sayəsində xallarının sayını 10-a çatdıran Nazarovun komandası turnir cədvəlində 8-ci pilləyə yüksəlib. Lider “Sandhauzen”lə xal fərqi cəmi 4-dür